Peyğəmbər niyə Hüdeybiyyə sülhünü bağladı?

Peyğəmbər niyə Hüdeybiyyə sülhünü bağladı?
21:17 6 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Peyğəmbər niyə Hüdeybiyyə sülhünü bağladı, niyə Məkkə müşrikləri ilə müharibə etmədi?

Hüdeybiyyə sülhünün tarixinə toxunmadan yalnız bunu qeyd edirik ki, bu sülhün o zaman üçün əhəmiyyəti çox böyük idi.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu sülhdən sonra məkkəlilər müsəlmanları ciddi və bərabərhüquqlu bir rəqib kimi tanımağa, onlarla hesablaşmağa məcbur oldular. Vaxtilə müsəlmanları olmazın işgəncələrə məruz qoyan bütpərəstlər indi onların 3 gün Məkkədə sərbəst halda ibadət etmələrinə razı olmuşdular. Müsəlmanlar artıq Ərəbistanın siyasi həyatına nüfuzlu bir qüvvə kimi daxil oldular. İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: "Peyğəmbərin həyatı boyunca baş vermiş heç bir hadisə Hüdeybiyyə sülhü qədər faydalı və bərəkətli olmayıb". Təfsirçilərin fikrincə, Quranın Fəth surəsinin ilk ayəsindəki "açıq-aşkar zəfər" ifadəsi də Hüdeybiyyə sülhünə işarədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR