Suriyadakı kimyəvi qətliamda 27 uşaq ölüb -

Suriyanın İdlib vilayətinin Xah Şeyhun şəhərində kimyəvi silahlardan istifadə edilərək törədilən qətliamda 27 uşaq dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb.

Qətliam nəticəsində 546 nəfər xəsarət alıb.

Qeyd edək ki, Suriya ordusu komandanlığı kimyəvi silahdan istifadəyə dair ittihamları rədd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR