Ərdoğan: Avropa "çürüyən qitədir"

Ərdoğan: Avropa "çürüyən qitədir"
21:48 6 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu gün milyardlarla insanın gözü qarşısında Avropa insan haqlarını pozur. Avropa artıq demokratiyanın yox, zorakılığın, nasizmin mərkəzidir".

Trend-in məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Balıkesirdə keçirilən mitinq zamanı deyib.

Onun sözlərinə görə, bugünkü Avropa "çürüyən qitədir":

"Avropanın artıq nə Türkiyəyə, nə də dünyaya deyiləsi sözü qalıb. Avropa özünü əldən salıb, tükənib və elə bir hala gəlib ki, əvəzini çox ağır ödəyəcək. Yüz illərlə müdafiə etdikləri nə varsa, indi hamısını yerlə-yeksan etdilər".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR