Ərdoğan: "Avropa zorakılıq və nasizm mərkəzinə çevrilib

Ərdoğan: "Avropa zorakılıq və nasizm mərkəzinə çevrilib
21:49 6 Aprel 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Avropa özünü tükəndirib və “çürüyən qitə”yə çevrilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Balıkəsirdə təşkil olunan mitinqdə çıxışı zamanı bildirib.      

 

“Avropa bu gün çürüməkdə olan qitədir, onun artıq nə Türkiyəyə, nə də ki beynəlxalq ictimaiyyətə deyəcək sözü yoxdur. Avropa özünü tükəndirib və düşdüyü vəziyyət ona baha başa gələcək. Avropalıların əsrlərlə qoruduğu dəyərlər rədd edilib”, - deyə Ərdoğan vurğulayıb.       

 

Onun sözlərinə görə, bu gün Avropa ölkələrində insan haqları pozulur, demokratiya normalarına əməl olunmur: “Avropa artıq demokratiya  mərkəzi yox, zorakılıq və nasizm mərkəzidir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR