BP-nin icraçı direktorunun maaşı 40 faiz kəsildi

BP-nin icraçı direktorunun maaşı 40 faiz kəsildi
22:17 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

BP şirkəti icraçı direktor Robert Dadlinin illik maaşının 40 faiz azaldılması barədə qərar verib. 

Milli.Az BBC-yə istinadən bildirir ki, 2016-cı ildə Robert Dadli 11,6 milyon ABŞ dolları qazanıb, 2015-ci ildə isə o, 19,4 milyon dollar qazanmışdı. Bu dəyişiklik BP səhmdarlarının Dadlinin 2015-ci il üçün təyin edildiyi maaşa qarşı səs verərək nümayiş etdikləri narazılıqdan sonra baş verib.

Səhmdarların narazılığından sonra şirkət öz maaşlarını bir daha nəzərdən keçirib. Nəticədə, BP yeni maaş təkliflərinin "işin icrası ilə məvaciblərin mütənasibliyini" deyib.Dəyişiklik nəticəsində baş icraçı direktor üçün maksimal maaş həddi endirilib.

2015-ci ilin fevral ayında BP 3 min iş yerini kəsdiyini və rekord maliyyə itkiləri ilə üzləşdiyini bildirmişdi. Buna baxmayaraq, 2014-cü illə müqayisədə Dadlinin maaşı 20 faiz artırılmışdı.

Bu səhmdarları qəzəbləndirdi və şirkətin keçən ilin aprel ayında keçirilən illik ümumi iclasında, onların 60 faizi Robert Dadli  üçün təklif edilən maaşa qarşı səs verdi. Səsvermə qeyri-məcburi idi və Dadli şirkət tərəfindən təklif edilən maaşı bütövlükdə aldı, lakin BP-nin rəhbəri səhmardarların narazlığını qeyd edərək şirkətin maaş hesablama metodlarının bir daha müzakirə edilməsinə əmr verdi.

"Təklif edilən mükafatlandırma siyasəti BP-nin strategiyası və maaşlar arasında aydın mütənasiblik üçün yaradılıb. 2017-ci ildən sonra mükafatlandırma səviyyəsində əhəmiyyətli endirimlə nəticələnən daha sadə yanaşmanı təklif edirik"- şirkət bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR