“Zad əl-məad” kitabı kimindir və nə barədədr?

“Zad əl-məad” kitabı kimindir və nə barədədr?
22:17 6 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zad əl-məad" (Axirət günü üçün azuqə) kitabının müəllifi bir çox dəyərli əsərlər qələmə almış, o cümlədən, "Bihar əl-ənvar" adlı fundamental hədis toplusunu tərtib etmiş mərhum Əllamə Mühəmməd Baqir Məclisidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, kitab 14 babdan ibarətdir, fars dilində yazılmışdır. İlk 10 babda ilin aylarının müstəhəb dua və zikrləri şərh edilir. 11-ci bab müqəddəslərin ziyarətnamələrini əhatə edir. 12-ci babda müstəhəb namazlar təsvir edilir. 13-cü bab rəhmətə getmiş şəxslərlə bağlı hökmləri (dəfn hökmlərini), sonuncu bab isə xüms və zəkat məsələlərini işıqlandırır. "Zad əl-məad" kitabı uzun müddət cəfəri müsəlmanların ən çox istifadə etdikləri dua toplusu olmuşdur. Təxminən iki əsr yarım boyunca, Şeyx Abbas Quminin "Məfatih əl-cinan" kitabı yazılana kimi "Zad əl-məad" geniş istifadədə olmuşdur. Azərbaycan müsəlmanları arasında da bu kitab vaxtilə çox məşhur idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR