Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

Manat əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI
22:27 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bankların manat əmanətlərinin faizlərinə görə sıralamasını təqdim edirik. Sıralama üçün istifadə edilən faiz dərəcəsi bankların 1 illik manat əmanəti yerləşdirməsi üçün təklif etdiyi maksimum faiz dərəcəsidir.

Milli.Az bbn.az-a idtinadən bildirir ki, demək olar ki,  bütün banklarda qorunan əmanət  məhsulu mövcuddur və bankların əksər hissəsi də bu faiz dərəcəsindən (15%) yuxarı əmanət məhsulu təklif etmir. Yalnız 9 bank bu həddən yuxarı qazanc təmin edən əmanət təklif edir.

Ümumilikdə isə bir illik manat əmanəti üçün təklif edilən ən yuxarı faiz dərəcəsi 18%-dir -"AGBank" və "Bank Respublika".  Ən aşağı faiz dərəcəsi isə 3% təşkil edir - Silk Vey Bank.

Yalnız "PAŞA Bank"da əmanətlər üzrə faiz dərəcəsi individual olaraq, müəyyənləşir.

"Amrahbank" isə hazırda manat əmanəti təqdim etmir.

     
Sıra Banklar 1 illik əmanət üzrə maksimum faiz dərəcəsi
1 AGBank 18.0%
2 Bank Respublika 18.0%
3 Unibank 17.3%
4 DəmirBank 17.0%
5 TuranBank 16.5%
6 Bank VTB 16.0%
7 Muğanbank 16.0%
8 NBC Bank 16.0%
9 NİKOYL Bank 15.5%
10 AccessBank 15.0%
11 Ata Bank 15.0%
12 Bank of Baku 15.0%
13 Caspian Development Bank 15.0%
14 Expressbank 15.0%
15 Yapı Kredi Bank Azərbaycan 15.0%
16 Ziraat Bank Azərbaycan 15.0%
17 Azər Türk Bank 14.0%
18 Bank Avrasiya 13.0%
19 Rabitəbank 13.0%
20 Azərbaycan Beynəlxalq Bankı 12.0%
21 Azərbaycan Sənaye Bankı 12.0%
22 Günay Bank 12.0%
23 Kapital Bank 12.0%
24 Bank Melli İran Bakı filialı 10.0%
25 Naxçıvanbank 10.0%
26 Bank BTB 8.0%
27 AFB Bank 7.0%
28 Xalq Bank 6.0%
29 Silk Vey Bank 3.0%
30 PAŞA Bank İndividual

Nəzərə alınması lazım olan məsələ isə hər bir bank fərqli, özünəməxsus xüsusiyyətləri və şərtləri olan əmanət məhsulları təqdim edilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR