Dollar əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI

Dollar əmanətlərinin faizlərinə görə bankların sıralaması – SİYAHI
22:27 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bankların dollar əmanətlərinin faizlərinə görə sıralamasını təqdim edir. Sıralama üçün istifadə edilən faiz dərəcəsi bankların 1 illik dollar əmanəti yerləşdirməsi üçün təklif etdiyi maksimum faiz dərəcəsidir.

Milli.Az bbn.az-a istinadən bildirir ki, demək olar ki,  bütün banklarda qorunan əmanət  məhsulu mövcuddur və bankların əksər hissəsi də bu faiz dərəcəsindən (3%) yuxarı əmanət məhsulu təklif etmir. Yalnız 10 bank bu həddən yuxarı qazanc təmin edən əmanət təklif edir.

Ümumilikdə isə bir illik dollar əmanəti üçün təklif edilən ən yuxarı faiz dərəcəsi 9%-dir -"Ata Bank".  Ən aşağı faiz dərəcəsi isə 0.5% təşkil edir - "Kapital Bank" və "Azər Türk Bank".

Yalnız "PAŞA Bank"da əmanətlər üzrə faiz dərəcəsi individual olaraq, müəyyənləşir.

"Bank Melli İran Bakı filialı" isə hazırda dollar əmanəti təqdim etmir.

Sıra Banklar 1 illik dollar əmanəti üzrə maksimum faiz dərəcəsi
1 Ata Bank 9.0%
2 NBC Bank 8.0%
3 Amrahbank 6.3%
4 DəmirBank 6.0%
5 Muğanbank 6.0%
6 TuranBank 4.5%
7 NİKOYL Bank 3.5%
8 Bank of Baku 3.5%
9 Azərbaycan Beynəlxalq Bankı 3.3%
10 Unibank 3.1%
11 AGBank 3.0%
12 Bank Respublika 3.0%
13 AccessBank 3.0%
14 Caspian Development Bank 3.0%
15 Yapı Kredi Bank Azərbaycan 3.0%
16 Rabitəbank 3.0%
17 Günay Bank 3.0%
18 AFB Bank 3.0%
19 Silk Vey Bank 3.0%
20 Expressbank 2.5%
21 Bank Avrasiya 2.3%
22 Bank VTB 2.0%
23 Naxçıvanbank 2.0%
24 Bank BTB 1.5%
25 Ziraat Bank Azərbaycan 1.0%
26 Azərbaycan Sənaye Bankı 1.0%
27 Xalq Bank 1.0%
28 Azər Türk Bank 0.5%
29 Kapital Bank 0.5%
30 PAŞA Bank İndividual

bbn.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR