"Qrupumuzun favoriti Kamerundur" - Yaşar Vahabzadə

"Qrupumuzun favoriti Kamerundur" - Yaşar Vahabzadə
22:47 6 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az "Report"a istinadən həmin müsahibəni təqdim edir...

- Püşkatma haqda fikirləriniz necədir?

- İştirakçı komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Bütün komandalar iddialıdır və biz də iddiamızı ortaya qoyacağıq. Qrupumuz çox güclüdür. Ən güclü komandalar bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də dəstəyi olacaq. Yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Reqlamentə əsasən, hər komandada 23 yaşdan yuxarı 3 futbolçunun xidmətindən istifadə edə bilərsiniz. Onlar kim olacaq?

- Azərbaycan çempionatı davam edir və hələ mayın 5-də kubokun final oyunu var. İlk oyunumuz mayın 8-də olacaq. Diqqətimizdə 3 yox, 6-7 namizəd oyunçu var. Təki istədiyimiz oyunçuların zədəsi olmasın, sağlam olsunlar. Yəqin ki, yaxınlarda onların adları açıqlanacaq.

- Sizcə, qrupun favoriti hansı komadadır?

- Məncə, favorit Kamerun millisidir. Mənə elə gəlir ki, ən güclü komanda odur.

- Hazırlıq planı necə olacaq?

- Yoldaşlıq oyunları planlaşdırmırıq. Aprelin 29-da çempionat başa çatır. Biz tam heyətlə mayın 7-də məşq edəcəyik. Çünki kubok finalı olacaq. "Qarabağ" və "Qəbələ"nin oyunçuları mayın 6-da bizə qoşulacaqlar. Yoldaşlıq görüşlərinə vaxt da qalmır. Mayın 8-də yarışlar başlayır.

- Qrupdan çıxmaq şansımız var?

- Əsas məqsədimiz qrupdan çıxmaqdır. Sonrasına isə baxarıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR