Xərçənglə əlaqələli doğru qəbul olunmuş səhvlər

Xərçənglə əlaqələli doğru qəbul olunmuş səhvlər
22:47 6 Aprel 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-sağlam qidalanma, siqaret və ətraf mühitin çirklənməsi kimi müxtəlif səbəblər xərçəngin rastlanma təhlükəsini günbəgün artırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunun üçün xəstələr şüurlu şəkildə müalicəyə üstünlük verməlidirlər. Səhv məlumatlara qulaq asmaq səbəbi ilə müalicəyə gec başlaya bilərsiniz. Erkən diaqnoz qoyulan xəstələr cərrahi müdaxilələrlə xərçəng xəstəliyindən xilas ola bilir. Bunun üçün doğru qəbul olunan səhvlər haqqında aşağıdakı məlumatları öyrənməlisiniz.
"Xərçəngin əlamət və simptomları yoxdur" ifadəsi səhvdir. Çünki erkən diaqnoz mübahisəsiz səviyyədə faydalıdır. Bir çox xərçəng növü, erkən dövrdə xəbərdaredici əlamət və simptomlar göstərir.
"Şiş toxumasını biopsiya etmək xərçəngin yayılmasına səbəb olur" ifadəsi səhvdir. Şiş biopsiyası etməyin xərçəng hüceyrələrin yayılmasına səbəb olması ilə bağlı elmi sübutu yoxdur.
"Nə edirsən et xərçəng olmalısansa, mütləq olacaqsan, xərçəng taleyindir" ifadəsi səhvdir. Bütün yeni xərçəng hadisələrinin ən azı yarısının qarşısı alına və ya qaşnıma ilə aradan tez qaldırıla bilər. Təkcə siqaret bütün xərçəng ölümlərinin 30%-ni əhatə edir.
"Əksər xərçəng xəstəlikləri irsidir, əgər ailənizdə xərçəngə yoluxan yoxdursa, risk altında deyilsən" ifadəsi səhvdir. Yalnız 5-10% xərçəngin irsi olması ilə əlaqəsi məlumdur, əksəriyyəti sporadikdir (seyrək rastlanan, geniş sahələrə yayılmayan və ya nadir görülən) və irsi olmaqla əlaqəsi yoxdur.
 
"Bəzi xərçəng növləri yoluxucudur" fikri səhvdir. Xərçəngin heç bir növü yoluxucu deyil. Bununla yanaşı, tanınan yoluxucu viruslar xərçəngə səbəb ola bilər.
"Xərçəngsənsə, şəkər yeməməlisən" fikri səhvdir. Şəkər yeməyin xərçəng hüceyrəsinin inkişafına və ya sürətli yayılmasına səbəb olduğuna dair elmi sübut yoxdur. Normal hüceyrədə olduğu kimi xərçəng xəstəlikli hüceyrənin də böyümə və normal funksiyalarını həyata keçirmək üçün şəkərə ehtiyacı var. Ancaq şəkəri azaltmaq xərçəng inkişafını ləngitmir, şəkərin istehlakını artırmaq xərçəngli hüceyrənin böyüməsini sürətləndirmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR