Moskva ilə birgə təlimlərin Qərbdə əks-sədası

Moskva ilə birgə təlimlərin Qərbdə əks-sədası
22:57 6 Aprel 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi Rusiya Türkiyə ilə birgə Qara dənizdə təlim keçirib.  Təlimə Rusiya tərəfinin "Admiral Qriqoroviç" freqatından uzaq mənzilli "Kalibr" raketləri cəlb edilib. Həmçinin "Vitse-admiral Zaxarin"lə  "Raptor" kateri ilə iştirak edib.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, Türkiyə tərəfdən isə manverlərə isə "Büyükada" korveti və "Barbaros" freqatı cəlb edilib.
 
"Rusiya və Türkiyənin birgə hərbi təlimləri NATO bloku və Qərb üçün ciddi nəticələr verə bilər".
 
ABŞ-ın nüfuzlu "The National İnterest" nəşri təlimlərin perspektivi ilə bağlı analizində belə yazıb.
Qeyd olunub ki, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərini artırmaq üçün 16 apreldə keçiriləcək referendum Qərbdə ciddi narahatlıq doğurur.
 
"Ərdoğan səlahiyyətlərini artırmaq istəyir. Bu fonda təlimlər onun göstəricisi ola bilər ki, Türkiyə Qərb oriyentasiyasından tədricən imtina edir"-deyə məqalədə yazılıb.
Digər tərəfdən isə Ankara ilə Kreml arasındakı hazırkı isti münasibətlər taktiki fənd də ola bilər.
 
"Bu, o deməkdir ki, Türkiyə NATO-ya təzyiq etmək istəyir. Ankara göstərir ki, NATO-dan başqa da geosiyasi variantlar var". Bunu isə analitik Maykl Kofman bildirib.
"Rusiya-Türkiyə təlimləri NATO üçün problem yaradır. Biz sual etməliyik ki, NATO Qara dənizə ümumi yanaşmanı saxlamaq niyyətindədirmi?"-deyə o söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR