Paxlalılar diabet riskini azaldır

Paxlalılar diabet riskini azaldır
23:17 6 Aprel 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

İspanyadaki Rovira Virgil Universitetinin reallaşdırdığı bir araşdırma, hər gün nizamlı olaraq paxlalı qidalar istehlak etmənin 2-ci dərəcəli diabet riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 3 min 300 insanın qidalanma vərdişlərinin araşdırıldığı tədqiqata görə, nizamlı olaraq noxud, paxla və mərcimək istehlak etmək, 2-ci dərəcəli diabet riskini 35% azaldır. Həmin qidaların hər birindən, həftədə bir qab istehlak etmənin belə, diabet riskini 33% azaltdığını söyləyən araşdırma qrupunun rəhbəri doktor Monika Bullo mövzu barəsində ətraflı məlumat verdi: "Paxlalıların faydaları bu günə qədər məlum idi. Lakin diabet xəstəliyi üzərində bu qədər təsirli olması yeni məlumatdır. Xüsusilə son dövrlərdə artmaqda olan bu xəstəliyi təbii yollarla əngəlləmək lazımdır.
 
Bu qidalardan hər hansı birini hər gün istehlak etdiyimizdə, diabet riski böyük ölçüdə azalır. Həftədə ən az 4 qab paxlalı istehlak etmənizi tövsiyə edirik."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR