"Bavariya"nın ulduz futbolçusu sıradan çıxdı

"Bavariya"nın hücumçusu Robert Levandovski vaxtından əvvəl məşqi bitirməli olub.

Metbuat.az-ın məlumatına görə, polşalı futbolçu, ümumi qrupla 40 dəqiqəlik məşqin ardından 7-ə 7 oynanılan matç zamanı ağrı hiss etməyə başlayıb. Sağ ombasındakı ağrılara tab gətirməyən Levandovski meydançanı tərk edib.

Böyük ehtimalla forvard aprelin 8-də Bundesliqa çərçivəsində Dortmund "Borussiya"sı ilə oynanılacaq görüşü qaçıracaq.

Robert Levandovski cari mövsümdə Bundesliqada 24 dəfə, Çempionlar Liqasında isə 7 dəfə rəqib qapılarına yol tapıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR