Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?

Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?
23:47 6 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir insan adətən bizi tərifləyən zaman həmin kamal sifətimizə diqqət edir və ondan ləzzət alırıq. Həmin şəxsin gözündəki heybətimizi hiss edir və bundan xoşlanırıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq o zaman ki, bizi tənqid edirlər və məzəmmət edirlər - bunun əksi olur. Bəs nə edək ki, bu ruhiyyənin qarşısını ala bilək?
1. Əgər bizi məzəmmət edən insan dediklərində sadiqdirsə və niyyəti nəsihət verməkdirsə - burada narahat olmağa yer yoxdur. Əslində onun bu nəsihətindən şad olmalıyıq. Çünki o, bizi nöqsanlarımızdan agah etmişdir və ona təşəkkür etməliyik.
2. Əgər həmin şəxs nə nəsihət, nə də bizə əziyyət vermək üçün məzəmmət edirsə, bu zaman da narahat olmaq lazım deyildir. O, bizi qafil olduğumuz mövzudan agah edir. Onun bu məzəmməti bizə fayda gətirər.
3. Əgər həmin şəxs bizə qarşı məzəmmətində doğru deyil, yalan danışırsa, bu zaman da gərək narahat olmayaq. Çünki hədislərimizə əsasən, onun bu məzəmmət və iftirası günahlarımızın kəffarəsi olacaqdır. Əvəzində onun yaxşı əməlləri bizim əməl dəftərimizə yazılacaqdır. Bundan başqa, həmin şəxs Allahın qəzəbinə düçar olacaqdır.
Hər bir aqil insan yaxşı bilir ki, başqalarının onu tərifləməsi onun dinini aradan apara bilər. Ancaq məzəmmət sayəsində öz eyiblərindən agah olar və onları aradan qaldırmaq üçün səy göstərər. (İslami saytlara istinadən)
Ona görədir ki, İmam Əli (ə) buyurur: "Hər kim sənin eybini sənin üçün aşkar edər - dostundur. O kəs ki, sənin eybini səndən gizlədər - düşmənindir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR