"Arsenal"ın iki ulduzuna 90 milyonluq təklif

"Arsenal"ın iki ulduzuna 90 milyonluq təklif
00:07 7 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Marsel" "Arsenal"ın iki ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, bu barədə Fransanın məşhur "L`Equipe" nəşri məlumat yayıb.


Xəbərdə bildirilir ki, "Marsel" London klubundan Loran Kosçielni və Olivier Qiroudu heyətinə qatmaq istəyir. Həmçinin qeyd olunur ki, Fransa klubu bu iki futbolçunun transferi üçün 90 milyon avroluq büdcə ayırıb.


Qeyd edək ki, Olivier Qiroud "Arsenal"a 2012-ci ildə "Monpelye"dən 12 milyon avroya alıb. Hazırda "Transfermarkt" 30 yaşlı forvarda 25 milyon avro qiymət qoyub. 


Loran Kosçielni isə 2010-cu ildə 12,5 milyon avro qarşılığında "Loryan"dan "Arsenal"a transfer olunub. "Transfermarkt"ın qiymətləndirməsinə görə, hazırda 31 yaşlı mərkəz müdafiəçisinin 22 milyon avro dəyəri var.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotarsenalquotn-iki-ulduzuna-90-milyonluq-tklif-t57402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR