"Milan" "Real"ın ulduzunu hədəfə aldı

"Milan" "Real"ın ulduzunu hədəfə aldı
00:27 7 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Gələn mövsüm üçün iddialı heyət qurmaq istəyən "Milan" gözünü "Real"ın ulduzuna dikib. Fanat.Az xəbər verir ki, İtaliya klubu Kərim Benzemanı hədəfə alıb.


"Real"dakı gələcəyi zaman-zaman mübahisə mövzusu olan fransız futbolçunun yayda komandanı tərk etmək ehtimalı var. Bu ehtimalı nəzərə alan "Milan" rəsmilərindən Marko Fassone və Massimo Mirabelli "Real" rəhbərliyi ilə görüşməyə hazırlaşır.


Qeyd edək ki, "Real" Benzemanı 2009-cu ildə "Lion"dan 35 milyon avroya alıb. "Transfermarkt"ın 60 milyon avro qiymət qoyduğu 29 yaşı ulduz cari mövsümdə 35 rəsmi oyuna çıxıb və 15 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilanquot-quotrealquotn-ulduzunu-hdf-ald-t57404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR