HƏMAS 3 nəfəri edam etdi

HƏMAS 3 nəfəri edam etdi
00:54 7 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Qəzza zolağında İsrailin xeyrinə casusluqda ittiham olunan 3 fələstinli edam edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli DİN-nin məlumatında bildirilir.

 

Məlumata görə, 32, 42 və 55 yaşlarında olan şəxslər baş polis idarəsinin daxili həyətində asılaraq edam olunublar. Edam mərasimində HƏMAS hərəkatının rəhbər şəxsləri iştirak ediblər.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR