Bir gündə dənizdə 1350 miqrant xilas olundu

Bir gündə dənizdə 1350 miqrant xilas olundu
01:19 7 Aprel 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya ərazisi vasitəsilə Avropaya keçməyə cəhd edən 1300 miqrant Aralıq dənizində xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətindən bildirilib.   

 

Xilas edilən mühacirlər Tunis sahili ilə Siciliya arasındakı boğazda 160 kilometrlik məsafəni 5 rezin sal, 6 taxta qayıq və barja vasitəsilə qət etməyə cəhd ediblər. Üzmə vasitələrdən birində ölmüş miqrantın cəsədi tapılıb.  

 

“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR