Prezidentliyə namizədin üstünə un tökdülər -

Fransanın ən böyük mərkəz-sağ partiyası Respublikaçıların prezidentliyə namizədi Fransua Fiyon qeyri-adi etirazla qarşılaşıb.

Metbuat.az-ın məlumatına görə, seçki kampaniyası üçün Strasburqa yollanan Fiyon Strasburq Sərgilər sarayında hücuma məruz qalıb. Belə ki, iki naməlum şəxs əllərindəki un torbalarını 63 yaşlı siyasətçinin üzərinə boşaldıb.

Dərhal müdaxilə edən təhlükəsizlik xidmətinin işçiləri Fiyonu və ətrafındakıları hadisə yerindən uzaqlaşdırıblar.

Xatırladaq ki, Fransua Fiyon Nikola Sarkozinin dönəmində 5 il müddətinə baş nazir postunu tutub.

Fransada növbəti prezident seçkiləri aprelin 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR