Tillerson : "Rusiya bu sahədə beynəlxalq normaları pozur"

Tillerson : "Rusiya bu sahədə beynəlxalq normaları pozur"
01:59 7 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson 11-12 aprel tarixlərində Moskvaya edəcəyi səfər zamanı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusunu müzakirə etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.    

 

 “Dövlət katibi hesab edir ki, Rusiya bu sahədə beynəlxalq normaları pozur və etimadı poza biləcək gərginlik yaradır.  Düşünürəm ki, danışıqlarda bu məsələ qaldıracaq”, - deyə mənbə bildirib.  

 

Moskvada bu ittihamları əsassız sayırlar.  Məsələ ABŞ Konqresinin hər iki palatasının Kəşfiyyat Komitələri tərəfindən araşdırılır.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR