Qaxda məktəb direktoru qəzaya düşdü

Qaxda məktəb direktoru qəzaya düşdü
02:08 7 Aprel 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Qax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə İsmayıl Dağıstanlı küçəsində qeydə alınıb.

Qax şəhər sakini, 1957-ci il təvəllüdlü Soltan Kazım oğlu Hacıyev idarə etdiyi "34-BC-703" dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobil qarşıdan gələn digər maşınla toqquşub. Qəza zamanı S.Hacıyev və digər maşında olan sərnişin, 1974-cü il təvəllüdlü Qax sakini Könül İmamzəddin qızı Məmmədova xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, S.Hacıyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. K.Məmmədovanın isə vəziyyəti ağırdır. O, açıq kəllə- beyin travması alıb.

Qeyd edək ki, S.Hacıyev Qax şəhər 4 saylı Tam orta məktəbin direktorudur.

Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR