ABŞ: Suriyadakı vəziyyətə görə Rusiya məsuliyyət daşıyır

ABŞ: Suriyadakı vəziyyətə görə Rusiya məsuliyyət daşıyır
02:49 7 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada atəşkəsin əsas zəmanətçisi olan Rusiya bu ölkədəki vəziyyətə görə məsuliyyət daşıyır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyib.  

 

“İdlibdə kimyəvi silahdan istifadə edilməsi bəşəriyyətə qarşı cinayət idi. Dövlət katibi Reks Tillersonun qeyd etdiyi kimi, Bəşər Əsəd rejiminin dəstəklənməsi məsələsini yenidən nəzərdən keçirmək vaxtı çatıb. Rusiya məsuliyyət daşıyır, atəşkəsin əsas zəmanətçisi olaraq, Moskva xüsusi məsuliyyət daşıyır”, - deyə məmur İdlibdəki vəziyyəti şərh edərkən bildirib.

 

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.  SMİQMK  kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları kimyəvi silahdan istifadə etməkdə günahlandırıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR