Hindistanda "Mauqli-qız" tapıldı

Hindistanda "Mauqli-qız" tapıldı
03:14 7 Aprel 2017
165 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda "Mauqli-qız" tapılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onu yerli polis əməkdaşları cəngəllikdə yaxalayıb.

 

10-12 yaşı olduğu güman edilən qızın yaxalanan zaman etdiyi hərəkətlər heyvandan fərqlənməyib. O, "dördayaqlı" gəzib, tamamilə çılpaq olub. Azyaşlı polis əməkdaşlarını gördükdə müxtəlif əcaib səslər çıxarıb.

 

Polis onu tutmaq istəyəndə hadisə yerində meymun sürüsü peyda olub və onlar qızı polisin əlindən almağa çalışıb.

 

Bununla belə qızı tutmaq mümkün olub.

 

Hazırda o xəstəxanadadır. Polis ətrafdakı yaşayış məntəqələrində onun valideynləri axtarır, həkimlər isə ondan yenidən "insan" yaratmağa çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR