Biləsuvarda 4 yaşlı uşaq evdə yanaraq öldü

Biləsuvarda 4 yaşlı uşaq evdə yanaraq öldü
04:33 7 Aprel 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR