Dövlət Departamenti: Rusiya Suriyadakı vəziyyətə görə məsuliyyət daşıyır

Dövlət Departamenti: Rusiya Suriyadakı vəziyyətə görə məsuliyyət daşıyır
04:33 7 Aprel 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada atəşkəsin əsas zəmanətçisi olan Rusiya bu ölkədəki vəziyyətə görə məsuliyyət daşıyır.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyib.

“İdlibdə kimyəvi silahdan istifadə edilməsi bəşəriyyətə qarşı cinayət idi. Dövlət katibi Reks Tillersonun qeyd etdiyi kimi, Bəşər Əsəd rejiminin dəstəklənməsi məsələsini yenidən nəzərdən keçirmək vaxtı çatıb. Rusiya məsuliyyət daşıyır, atəşkəsin əsas zəmanətçisi olaraq, Moskva xüsusi məsuliyyət daşıyır”, - deyə məmur İdlibdəki vəziyyəti şərh edərkən bildirib.

Qeyd edək ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. SMİQMK kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları kimyəvi silahdan istifadə etməkdə günahlandırıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR