Ərdoğan: “ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə hazırıq”

Ərdoğan: “ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə hazırıq”
05:04 7 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Ankara ABŞ-ın Suriyada mümkün hərbi əməliyyatını dəstəkləməyə hazırdır. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Kanal 7” telekanalının efirində deyib.

 

Qeyd edək ki, CNN telekanalının məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriyaya qarşı hərbi tədbirlərin görülməsi məsələsini nəzərdən keçirdiyini bildirib. 

 

“Bu bəyanat gərək söz olaraq qalmasın. Əgər hərəkətə keçiləcəksə, biz də üzərimizə düşən borcu yerinə yetirəcəyik. Biz heç kəsdən çəkinmirik. Koalisiya qüvvələri ilə oturub bölgədəki virusu aşkarlamaq istəyirik. Ondan sonra bərabər hərəkət edərik", - deyə Ərdoğan qeyd edib.

 

Ərdoğan İdlibdə kimyəvi silahdan istifadə edilməsi məsələsini Rusiya prezidenti ilə müzakirə etdiyini, lakin qarşı tərəfdən konkret cavab almadığını bildirib: "Hörmətli Putin iki gündür bu işin arxasında Əsədin olduğunu anlamır və bu, çox üzücüdür".

 

Xatırladaq ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.  SMİQMK  kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.  

 

Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyi bildirilib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara  məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.

 

Suriya XİN rəhbəri Valid Müəllem silahlı qüvvələrin heç vaxt dinc sakin və terrorçulara qarşı kimyəvi silahdan istifadə etməyib və istifadə etmək niyyətində deyil.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR