Metroda partlayışla əlaqədar 8 nəfər saxlanıldı

Metroda partlayışla əlaqədar 8 nəfər saxlanıldı
06:28 7 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Sankt Peterburq metropolitenində aprelin 3-də 14 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar 8 nəfər şübhəli şəxs qismində saxlanılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının birgə əməliyyatı zamanı Sankt Peterburqda 6, Moskvada isə 2 nəfər saxlanılıb”, - deyə o bildirib. Saxlanılanların arasında bir qadın da var.

Onun sözlərinə görə, saxlanılanlar Seyfula Xakimov, İbrahimjon Yermatov, Dilmurod Muidinov, Bəhram Yerqaşev, Azamjon Mahmudov, Məhəmmədyusuf Mirzalimov, Şohistə Kərimova və Sodiq Ortikovdur.

Saxlanılanların evlərinə baxış zamanı “Ploşad Vosstaniya” stansiyasında aşkarlanan partlayıcı qurğu ilə analoji bomba, odlu silah və döyüş sursatları aşkarlanıb.

Xatırladaq ki, Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Daha bir partlayışın qarşısını almaq mümkün olub. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR