Batistuta narazıdır

Batistuta narazıdır
07:22 7 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin sabiq futbolçusu Qabriel Batistuta komandanın indiki futbolçularının onunla salamlaşmadığından narazı qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, yaxın keçmişin futbol ulduzu bunları deyib:

"Millinin paltardəyişmə otağında futbolçuların yarıdan çoxu mənimlə salamlaşmadı. Bunu hazırki nəslə aid bir şey kimi görürəm. Onlara qarşı qərəzim yoxdur. İstərdim ki, bu futbolçular mənimlə görüşsünlər. Özüm də bu atmosferi yaşamışam. İstənilən halda, bunu qəsdən etmədiklərini düşünürəm. Son vaxtlara qədər komandaya tanınmış idarəçilər rəhbərlik edirdi. Hazırda onlar yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR