ABŞ-dan Rusiyaya xəbərdarlıq

ABŞ-dan Rusiyaya xəbərdarlıq
07:29 7 Aprel 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib şəhərindəki kimyəvi silahla bağlı insident ABŞ-Rusiya münasibətlərinə təsir edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

 

“Suriyada bu yaxınlarda baş verən insident münasibətlərə təsir edəcək. Həmçinin, Rusiyanın hadisələrə reaksiyası da bizim mövqeyə təsir edəcək”, - deyə məmur bildirib.   

 

Xatırladaq ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.  SMİQMK  kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR