Serialın qəhrəmanından gözlənilməz qərar - 10 ildən sonra - FOTO

Serialın qəhrəmanından gözlənilməz qərar - 10 ildən sonra - FOTO
07:37 7 Aprel 2017
98 Şou
Ölkə mətbuatı
A- A+

"Dostlar" ("Friends") serialının aktyoru Devid Şvimmer və xanımı Zoui Bakman ayrılmaq qərarına gəliblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük 10 illik münasibətinə son qoymaq barədə İnstaqram səhifəsində qeyd edib:

"Biz əvvəlki kimi bir-birimizi sevir və hörmət edirik. Sadəcə müvəqqəti ayrılmaq və düşünmək qərarına gəlmişik. Gələcəkdə birlikdə, ya ayrı yaşayacağımızı dəqiqləşdirməliyik. Çox xahiş edirik, bu məsələdə bizə dəstək olasınız və verəcəyimiz qərara hörmətlə yanaşasınız".

Qeyd edək ki, Devid və Zoui 2007-ci ildən görüşür. Onlar 2010-cu ildə gizli toy ediblər və 2011-ci ildə bir qız övladları dünyaya gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/532662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR