ABŞ məqsədini RƏSMƏN AÇIQLADI

ABŞ məqsədini RƏSMƏN AÇIQLADI
08:18 7 Aprel 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.

“Suriyanın “Şayrat” aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”, - deyə Ceff Devisin bəyanatında bildirilir.

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR