Bakıdakı Formula 1 yarışlarına bilet satışı bütün gözləntiləri üstələyib

Bakıdakı Formula 1 yarışlarına bilet satışı bütün gözləntiləri üstələyib
08:22 7 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Bakıdakı Formula 1 yarışlarına ötən ilkindən qat-qat çox bilet satılıb.

"2017 Formula 1 Azərbaycan Qran prisi ilə bağlı biletlərin satışı çox yaxşı gedir və bu baxımdan çox nikbinik. Artıq indiki mərhələdə ümumilikdə 47 öllkədən biletlər alınıb. İndiki mərhələdə Bakıda keçiriləcək Formula 1 yarışları üçün ötən ilə nisbətən qat-qat çox bilet satılıb. Bu il yarışları izləyənlər arasında həm əcnəbilər, həm də yerli vətəndaşlarımız çox olacaq".

Bu barədə Milli.Az-a açıqlamasında ​Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Şöbə rəhbərinin sözlərinə görə, biletlərin satış sayı ilə yanaşı onların alış coğrafiyası da genişlənib: "Bizim hədəf götürdüyümüz ölkələr var idi. Bunlar ilk növbədə Rusiya, Böyük Britaniya, digər Avropa dövlətləri və ərəb ölkələri idi. Lakin indi biletlərin alışı coğrafiyası daha da genişlənib. Belə ki, Azərbaycan Qran prisi üçün artıq Nepal, Argentina, Dominikan Respublikası və s. kimi ölkələrdən biletlər alınır. Bu həm də Formula 1 həvəskarlarının dünyada çox olmasının göstəricisidir".

N.Arpadarai qeyd edib ki, biletlərin satışının çox olmasının səbəblərindən biri bu il onların ötən ilə nisbətən daha rahat əldə edilə bilməsidir: "Ötən il yalnız 3 günlük biletlər satılırdısa, bu il tamaşaçılara həm 1 günlük, həm 3 günlük, həm də 4 günlük biletlər əldə etmək imkanı yaradılıb. Bundan əlavə, bu il biletlər manatla da satılır və onların qiyməti məzənnədən asılı olmayaraq dəyişmir".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran prisi iyun ayının 23-dən 25-dək Bakıda keçiriləcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR