Hökməlidə yanğın: 1 ölü

Hökməlidə yanğın: 1 ölü
08:44 7 Aprel 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

 

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

 

Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR