Azərbaycanda məktəb direktoru qəzaya düşüb

Azərbaycanda məktəb direktoru qəzaya düşüb
08:47 7 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda məktəb direktoru qəzaya düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 6-ı axşam saatlarında Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində baş verib. Qax şəhər sakini, 1957-ci il təvəllüdlü Soltan Kazım oğlu Hacıyev idarə etdiyi "VAZ 21011" markalı 34-BC-703 dövlət nömrə nişanlı  avtomobillə hərəkətdə olarkən, hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəzadan sonra "VAZ-21011"-in sürücüsü Soltan Hacıyev və digər avtomobildə olan sərnişin, Qax sakini 1974-cü il təvəllüdlü Könül İmamzəddin qızı Məmmədova  aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX ) çatdırılıblar.

Xəstəxanadan  verilən məlumata görə, xəstəxanaya daxil olan Soltan Hacıyevə döş qəfəsinin küt travması, Könül Məmmədovaya isə açıq kəllə-beyin travması  diaqnozu qoyulub.
 
Qeyd edək ki, qəzaya düşən sürücü  Soltan Hacıyev Qax şəhər 4 saylı tam orta məktəbin direktorudur.
 
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/532847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR