"Barselona"dan böyük transfer həmləsi

"Barselona"dan böyük transfer həmləsi
09:07 7 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Adı uzun süredir Barcelona ile anılan Philippe Coutinho için yeni bir iddia ortaya atıldı.


Adı uzun müddətdi "Barselona" ilə hallanan Filipe Koutinyo ilə bağlı yeni xəbər yayılıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubunun yay fasiləsində braziliyalı futbolçunu heyətinə qatmaq üçün fəaliyyətə başladığı bildirilir.


"Barselona"ya yaxınlığı ilə seçilən "Sport" qəzetinin iddiasına görə, klub rəhbərliyi "Liverpul"lu futbolçunun meneceri ilə danışıqları sürətləndirib. Yurgen Kloppun israrla komandada saxlamaq istədiyi Koutinyo yanvarda "Barselona" ilə anlaşsada, "Liverpul" transferə icazə verməmişdi.


2013-cü ildə "İnter"dən "Liverpul"a 13 milyon avroya transfer olunan Koutinyo İngiltərədə 5-ci mövsümünü keçirir. Hazırda "Transfermarkt" 24 yaşlı "10 nömrə"yə 40 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotdan-boyuk-transfer-hmlsi-t57405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR