ABŞ-dan Moskvaya AĞIR İTTİHAM

ABŞ-dan Moskvaya AĞIR İTTİHAM
09:17 7 Aprel 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, Suriya rəhbərliyi ötən müddət ərzində iflic yaradan "zarin" qazından istifadə etməkdə davam edib.  
 
Tillerson Suriyaya endirilən raket zərbəsinin "proporsional" olduğunu bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR