Türkiyə kuboku: bütün yarımfinalçılar müəyyənləşdi

Türkiyə kuboku: bütün yarımfinalçılar müəyyənləşdi
09:17 7 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunda bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son vəsiqə uğrunda Super Liqa təmsilçisi "Konyaspor"la birinci liqada mübarizə aparan "Sivasspor" qarşılaşıb.

Görüş Konya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında Sivasda baş tutmuş ilk oyunda qolsuz bərabərlik qeydə alındığına görə, "Konyaspor" final uğrunda mübarizəyə qoşulacaq.
 
Qeyd edək ki, daha əvvəl "Fənərbağça", "Başakşəhər" və "Kasımpaşa" yarımfinala vəsiqə qazanmışdı.
 
Final uğrunda "Fənər" "Başakşəhər"lə, "Konyaspor" isə "Kasımpaşa" ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR