Abşeronda ev yandı, bir nəfər öldü

Abşeronda ev yandı, bir nəfər öldü
09:18 7 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan bir kişi cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR