Bakıda taksi işıqforu "qırmızı"da keçərək qəza törətdi: yaralananlar var - FOTO

Bakıda taksi işıqforu "qırmızı"da keçərək qəza törətdi: yaralananlar var - FOTO
09:32 7 Aprel 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza Bakıxanov prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Təhməzov Əlövsət Ələkbər oğlu idarə etdiyi "Daewoo" markalı avtomobillə işıqforun qırmızı işığında yüksək sürətlə hərəkət edib. Nəticədə o, S.Vurğun küçəsi ilə işıqforun yaşıl işığından keçərək hərəkətdə olan 1977-ci il təvəllüdlü Rzayev Rafiq Sarif oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobilə çırpılıb.

Toqquşmanın təsirindən "Hyundai" yolayrıcı beton plitəyə çırpılıb və deformasiyaya uğrayıb. Qəza nəticəsində "Daewoo" markalı avtomobildə biri qadın olmaqla iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Qeyd edək ki, T.Əlövsət idarə etdiyi "Daewoo" markalı avtomobillə taksi xidməti göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR