Narkotik alveri üstündə həbs olunan müğənni EVLƏNİR - FOTO

Narkotik alveri üstündə həbs olunan müğənni EVLƏNİR - FOTO
09:43 7 Aprel 2017
155 Şou
Ölkə mətbuatı
A- A+

Dəniz Səki həbsxanadan çıxan kimi sevgilisi Faruk Samirlə evlənəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik alveri ilə məşğul olduğu üçün 3 ildir həbs olunan bəstəkar-müğənninin azadlığa qovuşmasına çox az qalıb.

Dəniz Səki iyunun 17-də azad olduqdan dərhal sonra nikah masasına oturacaq. Uzun müddətdir ki, Faruk Samirlə sevgili olan məşhur onun Bakırköy qapalı qadın həbsxanasında etdiyi evlilik təklifini artıq qəbul edib.

İddialara görə, cütlük ilk növbədə Avropaya səyahətə çıxmağı, qayıtdıqdan sonra isə evlənməyi planlaşdırıb.

Bundan başqa, müğənni artıq konsert turu ilə pərəstişkarlarının görüşünə gəlməyə hazırlaşır. D.Səki həbsdə yazdığı yeni mahnılarından ibarət albom da çıxardacaq.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR