Baloğlan Əşrəfovun 13 yaşlı qohumunu maşın vurdu

Baloğlan Əşrəfovun 13 yaşlı qohumunu maşın vurdu
09:47 7 Aprel 2017
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/532882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR