ABŞ-ın Suriyanı bombalaması NEFTİ BAHALAŞDIRDI

ABŞ-ın Suriyanı bombalaması NEFTİ BAHALAŞDIRDI
09:52 7 Aprel 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşır.

Milli.Az APA-ya stinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92 dollar və ya 1,78% artaraq 52,62 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar və ya 1,58% artaraq 55,76 dollar olub.
 
Neftin kəskin bahalaşmasına səbəb ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri tərəfindən Suriya ərazisində yerləşən aviabazaya raket zərbələrinin endirilməsidir. ABŞ tərəfi bildirib ki, zərbələrin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.
 
Məlumata görə, "ABŞ Suriyaya onlarla qanadlı raket atıb". ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat" aerodromuna azı 50 "Tomaqavk" raketi atdığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR