“Qəbələ”dən 10:0 hesablı qələbə

“Qəbələ”dən 10:0 hesablı qələbə
09:57 7 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar”ın U-19 komandası evdə AZAL-ı 5 cavabsız qolla məğlub edib.

 

26 oyundan sonra 62 xala malik komanda 2-ci pillədə qərarlaşıb.

 

Öz meydanında “Qarabağ”ı qəbul edən U-17 bir xalla kifayətlənib – 1:1. 21 qarşılaşmadan sonra 49 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədi.

 

AZAL-la görüşən U-16 səfər oyununda 10 cavabsız qol vurub. 21 matç keçirən “Qəbələ” 49 xalla yarışın lideridi.

 

U-15 “Neftçi” ilə rəqib meydanındakı qarşılaşmadan bərabərliklə ayrılıb – 1:1. Komanda 19 matçda topladığı 51 xalla 1-ci pillədə qərarlaşıb.


Paytaxt zonasında çıxış edən U-14 “Əlincə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1. 18 oyunda 33 xal toplayan “Qəbələ” 4-cü sıradadı.

 

Eyni zonada mübarizə aparan U-13 “İnter”i məğlub edib – 1:0. 18 matçda 38 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.


Qızlar Liqasında çıxış edən “Qəbələ” “Zaqatala”ya qalib gəlib - 2:1. 14 oyundan sonra 37 xala malik komanda yarışın lideridi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbldn-100-hesabl-qlb-t57407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR