Raket zərbələrinə hədəf olmuş Hümsün qubernatoru: "Çox sayda ölən var"

Raket zərbələrinə hədəf olmuş Hümsün qubernatoru: "Çox sayda ölən var"
09:57 7 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qubernator belə bir informasiya ilə "Əl-Mayadin" telekanalında çıxış edib.

O deyib: "Suriyanın mərkəzində Şayrat aerodromuna ABŞ tərəfindən atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var".

Talal əl-Bərrazinin sözlərinə görə, aerodrom ərazisində raket zərbələrindən baş vermiş yanğının söndürülməsi və yaralıların təxliyə edilməsi bir neçə saat çəkib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR