Yaponiya fövqəladə iclas - ABŞ-ın atdığı raketlərə görə

Yaponiya fövqəladə iclas - ABŞ-ın atdığı raketlərə görə
10:12 7 Aprel 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahat olaraq təcili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yaponiya xarici işlər naziri Fumio Kisida bəyan edib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi barədə informasiya yoxlanılır, yalnız bundan sonra Yaponiya hökuməti öz mövqeyini bildirəcək.

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR