“Siri” qurğu sahibini səsinə görə tanıyacaq

“Siri” qurğu sahibini səsinə görə tanıyacaq
10:35 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Apple şirkətinin smartfonun təhlükəsizliyini gücləndirəcək yeni funksiya üçün patent hüququ almasına görə "Siri" səslə idarəetmə funksiyası smartfon sahibini səsinə görə tanımağa başlayacaq. Bunun sayəsində istifadəçilər "Salam, Siri" komandasını əvəz edəcək minimum bir sözdən ibarət parol yarada biləcəklər.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, hazırda funksiya hətta bağlı smartfonda hamının komandasını yerinə yetirir. Səsli köməkçi funksiya vasitəsilə bildiriş göndərmək, səsli çağırış etmək, təqvimdə görüşlərə baxmaq və s. mümkündür. Blokdan çıxarılmış "iPhone" smartfonunda "Siri" funksiyasının bütün komandaları yerinə yetirməsinə görə "Apple" bunu aradan qaldırmaq qərarına gəlib.  

Məlumata görə, indiyədək "Siri"nin işə salınması üçün səsli komanda tələb olunub, funksiya danışanı deyil, sözləri tanıyıb. Bununla əlaqədar smartfon sahibi olmayan istifadəçi funksiyadan istifadə etmək imkanı əldə edə bilərdi ki, bu da müəyyən vəziyyətlərdə arzuedilməz hesab olunur.  

Bildirilir ki, bundan sonra səsli parol quraşdırmaq mümkün olacaq və "Siri" həm sözü, həm də qurğu sahibinin səsinin xüsusiyyətlərini tanıyacaq. Funksiya smartfon sahibini tanımayanda, qurğu barmaq izi skaneri və ya standart kod vasitəsilə blokdan çıxarılacaq.  

Nizam Nuriyev  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47000-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR