Putin Suriyanın bombalanmasına CAVAB VERDİ

Putin Suriyanın bombalanmasına CAVAB VERDİ
10:38 7 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriyada hərbi obyektlərə hücumu suveren dövlətə qarşı təcavüzdür.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bu sözləri ABŞ-ın Suriyaya raket zərbələrini şərh edən Rusiya prezidenti Dmitri Peskov deyib.

“Prezident Putin Amerikanın Suriyaya, həm də uydurulmuş bəhanələrlə zərbələrini suveren dövlətə təcavüz və beynəlxalq hüquq normalarının pozulması hesab edir”, - Peskov bildirib.

O xatırladıb ki, Suriya ordusu kimyəvi silah ehtiyatlarına malik deyil və Suriya silahlı qüvvələrinin arsenalında olan kimyəvi silahın bütün ehtiyatlarının məhv edilməsi faktı BMT-nin ixtisaslaşdırılmış qurumu tərəfindən təsdiq edilib.

Putin həmçinin qeyd edib ki, ABŞ-ın Suriyada təyyarə bazasına zərbələri iki ölkənin münasibətlərinə zərər vurur.

“Putin həmçinin Suriyaya aviazərbələri dünya cəmiyyətinin diqqətini İraqda dinc əhalinin çoxsaylı qurbanlarından yayındırmaq cəhdi kimi görür”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 50 "Tomaqavk" raketi atılıb. Yeganə hədəf Homs bölgəsindəki Şayrat aerodromu olub.

İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində, azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR