Hər səhər bir dəstə cəfəri yeyin

Hər səhər bir dəstə cəfəri yeməklə, bədənin gündəlik ehtiyacı olan vitamin və mineralları qarşılaya bilərsiniz.

Metbuat.az xəbər verir ki, mövsüm dəyişikliyi yaşadığımız bu günlərdə ehtiyacımız olan tək şey immunitet sistemini gücləndirməkdir. Mütəxəssislər bildirir ki, cəfəri vitaminlərlə zəngindir. Təbii antioksidantdır. Tərkibindəki C vitamini, beta-keratin, poliasetilen, coumarin, flavonoid, monuterpen kimi bioloji fermentlər xərçəngdən qorunmağa yardımçı olur. Cəfəri ürək sağlamlığına faydalıdır. Dərinin gənc və təravətli görünməsində olduqca təsirlidir. Bu xüsusiyyəti qaraciyərin maddələr mübadiləsi üzərindəki effektiv təsirlərindən və bədəndəki zərərli kimyəvi maddələri uzaqlaşdırmasından qaynaqlanır.

Bitkinin bütün hissələri müalicəvi xüsusiyyətlərə malikdir. Cəfəridən hazırlanan preparatlardan uşaqlığın müalicəsində, sidik kisəsi və böyrəkdə olan daşların orqanizmdən kənar edilməsində istifadə edilir. Sidik kisəsi yollarının, qan damarlarının möhkəmləndirilməsində, qızdırmada cəfəridən alınmış şirəni 1:3 nisbətində kök şirəsi ilə qarışdırıb hər gün səhər və gunorta yeməyi zamanı qəbul edin. Cəfəri kökündən kulinariyada, toxum və yarpaqlarından alınmış efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir. Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitki hesab edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR