58 gəminin səfərə çıxmasına icazə verilməyib

58 gəminin səfərə çıxmasına icazə verilməyib
10:52 7 Aprel 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir.

Bildirilir ki, bunlardan 34-ü Azərbaycan bayrağı altında üzən, 24-ü isə xarici bayraq altında üzən gəmilər olub.

Ötən dövr ərzində 3892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR