Gözaltı qaraltılar üçün bundan istifadə edin

Gözünüzün altında əmələ gələn qaraltılar üzün cansız və sağlıqsız görünməsinə səbəb olur. Bu vəziyyətdən xilas olmaq üçün kartof maskası tətbiq edə bilərsiniz.

Metbuat.az xəbər verir ki, gözaltı qaraltılar sonradan yaranırsa, bunlar adətən həddən artıq yorğunluq, stress, alkoqol və siqaret istifadəsi ilə izah oluna bilər və bu amillər göz altı qaralıqların artmasına da səbəb ola bilər. Sizi narahat edən bu qaraltılardan kartof və çobanyastığı ilə xilas ola biləcəksiniz. İlk olaraq kartofu sürtgəcdən keçirin və püre halına gətirin. Püreni qaraltı olan hissələrə qoyun və gözləyin. Sonra çobanyastığı çayı ilə üzünüzü yuyun. Kartofun tərkibindəki kalium və nişasta qısa müddətdə qaraltıları yox edəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR